Sevilən cütlük qonşuları ilə belə əyləndi

  • 05.09.2020
  • 0

Türkiyənin sevilən örnək cütlüyü Neslihan Atagül və Kadir Doğuludan yeni xəbər var. BiG.AZ türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gün qonşuları ilə birgə süfrə qurublar. Qonşuları ilə çox yaxın münasibət quran cütlüyün səmimi görüntüləri çox bəyənilib. Axşam saatlarına qədər davam edən qonaqlıqda hətta Kadir Doğulu "Erik dalı" rəqsini oynayıb. Olduqca şən görünən Kadir Doğulunun gülərək rəqs etməsi də diqqət çəkib. Həmin görüntülərdə Neslihan Kadirin rəqs etməsinə ürəkdən gülməsi isə çəkilən videoya daha da rəng qatıb. Qeyd edək ki, cütlük birlikdə baş rolunu paylaşdıqları "Fatih Harbiye" serialında tanış olublar.

Nə düşünürsən?