“Hyundai” yük maşınının altına girdi

  • 05.09.2020
  • 524 baxış
  • 0

Rusiyanın Leninqrad əyalətində yük maşınının və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 4-də gecə saatlarında M11 “Neva” trasının Tosnensk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Hyundai Solaris” markalı minik avtomobili, eyni istiqamətdə irəliləyən, “Mercedes-Benz” markalı qoşqulu yük maşınına arxadan çırpılıb. Zərbənin təsirindən “Hyundai” yük maşının qoşqusunun altına girib. Qəzadan sonra hər iki nəqliyyat vasitəsi yanıb. Hadisə nəticəsində minik avtomobilinin sahibi hadisə yerində ölüb, TIR-ın sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Nə düşünürsən?