ADA Universitetinin iki yeni korpusu açılıb

  • 04.09.2020
  • 0

ADA Universitetinin istifadəyə verilən iki yeni korpusunda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar yaradılıb. Əməkdaşlarımız həmin universitetə gedib və yaradılan şəraitlə yaxından tanış olublar. Sinif və qrup otaqları müasir formada dizayn edilib və tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlıqları ilə təchiz olunub. Burada təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar yaradılıb. Görüntülər ADA Universitetinin bu gün açılışı olan yeni korpuslarındandır. Korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin sözlərinə görə, yeni korpuslarda tələbələrin təhsil almaları üçün bütün imkanlar yaradılıb. Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin kollec tipli ADA Məktəbi yerləşir. Burada isə 500-ə yaxın X və XI sinif şagirdi təhsil alır. Qeyd edək ki, açılışı edilən 2 korpusla birlikdə ADA Universitetinin 6 korpusu istifadədədir. Bununla da Universitetdə 2500 tələbənin eyni anda təhsil almaq imkanı yaranıb.

Nə düşünürsən?