Qaydaları pozan velosipedçilərə dərs olacaq qəza

  • 04.09.2020
  • 0

Rusiyanın Moskva əyalətində qayda pozan velosipedçinin ağır xəsarət alması ilə nəticələnən yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Elektrostal şəhərinin Oktyabr və Komsomol küçələrinin kəsişməsində qeydə alınıb. Kadrlarda, “Renault Sandero” markalı minik avtomobilinin yol verməli olduğu “Qazel” markalı yük maşını ilə toqquşduğu görülür. Bundan sonra idarəetmədən çıxan “Qazel”, əks zolağa çıxaraq irəliləyən velosipedçiyə çırpılır. Zərbənin təsirindən velosipedçi havada uçaraq otluq yerə dəyir. Yerli KİV-in məlumatına görə, velosipedçi aldığı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Namiq Musayev

Nə düşünürsən?