Sürücü qəsdən "protiv" sürərək təhlükə yaratdı- 99 HS 701

  • 04.09.2020
  • 0

Abşeron rayon Xırdalan şəhərində qayda pozan sürücünün görüntüsü redaksiyamızın elektron ünvanına göndərilib. Avtosfer.az xəbər verir ki, sentyabrın 2-i Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində hərəkət 99-HS-701 qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq axına qarşı hərəkət etməyə başlayıb. Sürücü qarşıdan avtomobilin gəldiyini görsə də, buna əhəmiyyət verməyərək qəsdən təhlükə yaradıb.

Nə düşünürsən?