Bakıda kran aşdı; Yaralılar var

  • 04.09.2020
  • 0

Xəbər verdiyimiz kimi, Bakıda qaldırıcı kran aşıb. Oxu24.com -un məlumatına görə, hadisə Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb. Yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb. Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib.