Məşhur müğənninin evi külə döndü

  • 04.09.2020
  • 0

Türkiyəli tanınmış müğənni Laranın evi yanıb. Publika.az xəbər verir ki, iki ay əvvəl avtomobil qəzası keçirən müğənninin bu dəfə də evi yanıb. Onun Alanya şəhərində özünə məxsus şəxsi evi içindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Lara yanğın zamanı şəhərdə olmadığını deyib. "Evimizin damında yanğın çıxıb. İşlərimə görə şəhərdə deyildim. Ailəm çətin anlar yaşadı. Şükür, insan itkisi olmadı. Ziyan mala gəldi. Allah heç kimə yaşatmasın. Üzərimizdə bir fəlakət var, amma Allah sevdiyi bəndəsini qoruyur" deyə, Lara qeyd edib.

Nə düşünürsən?