Kran yaşayış binasının üstünə düşdü

  • 04.09.2020
  • 0

Bir qədər əvvəl paytaxtın Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb. Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib. O , həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etməyi xahiş edib. Məlumata görə, kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb. Kranın sürücüsü xəsarət aldığı bildirilir.

Nə düşünürsən?