Hande Erçəl uşaqlığına qayıtdı - "Qırmızı mini libası..."

  • 04.09.2020
  • 0

Hande Erçəl son zamanlar tez-tez adı hallanan məşhur simalardan biridir. Kərəm Bursin ilə baş rolunu paylaşdığı "Sen Çal Kapımı" serialının çəkilişi zamanı çox əylənən aktrisa tez-tez "İnstagram" hesabında həmin əyləncəli görüntüləri paylaşaraq onu sevənləri sevindirir. Onun bu dəfə ki, paylaşımı isə daha çox diqqət çəkib. Belə ki, saniyələr içində Handenin fan səhifələri tərəfindən paylaşılıb. BiG.AZ türk mediasına istinadən xəbər verir ki, keçmiş sevgilisi Murat Dalkılıç ilə ayrıldıqdan sonra adı tez-tez tərəf müqabili Kərəm Bursinlə hallanan 27 yaşlı aktrisa sosial media hesabının hekayə bölməsində hula halqa etdiyi anların videosunu paylaşıb. Estetiki və çəkisi ilə tamam fərqli görünən Hande qırmızı mini libası ilə diqqət çəkib.

Nə düşünürsən?