Paşinyanın arvadının riyakarlığı

  • 03.09.2020
  • 34 baxış
  • 0

Ermənistan rəhbərliyinin ikiüzlülüyü, riyakarlığı bir daha üzə çıxdı. Belə ki, bu ölkənin baş nazirinin həyat yoldaşı Anna Akopyan Qarabağda, işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz hərbi təlimlərdə iştirak edib. Bununla o, Dağlıq Qarabağın erməni icmasının qadınlarına savaş ruhu aşılamağa cəhd edib. Cəmi il yarım bundan əvvəl insanları sülhə çağıran baş nazirin xanımının bu hərəkəti birmənalı qarşılanmayıb. Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu dəfə hərbi kamuflyaj geyərək "şou" göstərib. O, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərbi düşərgələrdən birində hərbi təlim keçib. Bununla da guya Dağlıq Qarabağın erməni icmasının qadınlarına savaş ruhu aşılamağa cəhd edib. "Birinci ledi"nin səngərdə uzanaraq avtomatla Azərbaycan mövqelərini nişan aldığını göstərən fotolar nümayişkaranə şəkildə Ermənistan kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yayılıb. Baş verənlər Ermənistan rəhbərliyinin riyakar və ikiüzlü olması barədə elə bu ölkənin cəmiyyətində də geniş müzakirələrə səbəb olub. Şəkillərə rəy yazanlar xatırladıblar ki, hərbi kamuflyajda, əlində avtomat səngərləri gəzən Anna Akopyan cəmi il yarım əvvəl isə dırnağarası "sülhpərvər" libasında idi. Üstəlik azərbaycanlı qadınlara pafoslu müraciətlər edərək "müharibəyə imkan verməyin" çağırışı edirdi. İndi isə tamamliə zidd davranış sərgiləyir. Akopyanın əri, Ermənistanın baş naziri Nikol Paşinyan da ilk əvvəllər Qarabağ məsələsi ilə bağlı sülh mövqeyində olduğunu elan edirdi. Amma zaman keçdikcə fikirlərində səmimi olmadığını ortaya qoydu. cəmi 2 il əvvəl "münaqişənin nizamlanmasında Azərbaycan xalqının da maraqları nəzərə alınmalıdır" deyən dırnağarası "sülhpərvər" Paşinyan qəfildən "Qarabağ Ermənistandır - vəssəlam" kimi həm sağlam məntiqə, həm də beynəlxalq hüquqa zidd bəyanatlar səsləndirən marazmatikə çevrilib. Baş verənlər Ermənistanın birinci ailəsinin tamamilə riyakarlığa büründüyünü isbat edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova deyir ki, gec-tez Qarabağ erməniləri Paşinyan-Akopyan ailəsinin öz maraqları naminə onların talelərini qurban verməyə hazır olduqlarını anlayacaq və belə bir provokasiyaya getməyəcəklər. Çünki, bu işğal müvəqqətidir. Biz mütləq öz torpaqlarımıza qayıdacağıq.

Nə düşünürsən?