Daha bir abituriyent 700 bal topladı

  • 03.09.2020
  • 45 baxış
  • 0

Dövlət Imtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Bu mərhələdə I ixtisas qrupu üzrə 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 1 nəfər - Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu imtahanın I mərhələsində 300 bal toplamışdı və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Hüseyn Abdullayev uğur sirlərini XəzərXəbər-lə bölüşüb. O, I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticəni göstərib. Xırdalan şəhəri, 1 nömrəli tam orta məktəbin məzunu olan Hüseyn Abdullayev qəbul imtahanının ilk mərhələsində 300, ikinci mərhələsində isə 400 olmaqla, ümumilikdə 700 bal toplayıb. Hüseyn Abdullayev cari ildə fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısı olub.Onun qəbul imtahanınında ən yüksək nəticə göstərməsinə sevinənlərdən biri də sinif rəhbəri Elnurə Yusifovadır. Onun sözlərinə görə, şagirdi bir gün də olsa belə dərslərdən qalmayıb. İmtahanda 700 bal topladığına görə Hüseyn Abdullayev təhsil aldığı məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmala təltif olunub.

Nə düşünürsən?