"Bu çıxış dünyaya qardaş dövlətlər olduğumuzu sübut etdi" Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edərkən, şərqi Aralıq dənizində baş verən gərginlikdən danışması və açıq-aydın heç bir tərəddüd etmədən Azərbaycanın Türkiyəni dəstəklədiyini bildirməsi Türkiyə mediyasında yeni günün manşetinə çevrilib. Türkiyəli ekspertlər belə bir vəziyyətdə Azərbaycanın Türkiyəyə dəstək verməsinin önəmini Real TV-ə şərh etdilər. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da rəsmi “Twiter” səhifələrində Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq prezident İlham Əliyevə dəstəyi üçün təşəkkür ediblər.