Xüsusi əməliyyat: Şəkili Sayka tutuldu

  • 03.09.2020
  • 860 baxış
  • 0

Abşeronda üzərində odlu silah gəzdirən “Şəkili Sayka” ləqəbli şəxs saxlanılıb. APA TV-nin məlumatına görə, Abşeron rayonu Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayon sakini, “Şəkili Sayka” ləqəbli 38 yaşlı Seymur Məmmədov şübhəli şəxs qismində tutulub. Seymur Məmmədovun üzərindən baxış keçirilən zaman ondan “Toz 8” markalı odlu silah 6 gülləsi ilə birgə aşkar olunub: “Həmin ərazidən dəmir yığırdım. Orada qapı çərçivəsi var idi onu götürəcəkdim ki, aparım satım. O həndəvərdə gəzirdim. Silahı da orda gördüm. Kloku açdım ağır gəldi. Baxdım gördüm silahdır. Spiçka karopkasında da patronları, sonra yenidən bükdüm. özümdə saxladım gətirdim Mehdiabadda qəbiristanlıqda gizlətdim. Dedim lazım olar, istəyirdim elə bu gün satam polis əməkdaşları məni tutdu”. Araşdırma zamanı məlum olub ki, Seymur Məmmədov həmin silahı Xırdalan şəhərində tanışına 500 manata satmaq istəyirmiş. O, əvvəllərdə quldurluq və dələduzluq maddələri ilə məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Nə düşünürsən?