Fermerlərin su problemi həll olundu

  • 02.09.2020
  • 0

Pambıq sahəsini suvara bilməyən fermerin dövlət başçısına müraciətindən sonra yerli qurumlar hərəkətə keçib. Zərdab rayon Çallı kənd sakininə məxsus sahələri suvarma suyu ilə təmin etmək üçün alternativ su kanalları çəkilib. Uzun müddətdir ki,susuz qalan pambıq sahələrinə su verilib. Zərdab rayon Çallı kənd sakini Mütəllif Əhmədov bir neçə ildir ki, ağ qızıl hesab edilən pambığın becərilməsi ilə məşğuldur.Bu yay su qıtlığından əziyyət çəkən fermer ölkə başçısına məktub ünvanlaraq kömək istəyib. Ölkə başçısının tapşırığından sonra yerli qurumlar hərəkətə keçib..Sahələri suvarma suyu ilə təmin etmək üçün alternativ su kanalları çəkilib. Fermerin sözlərinə görə, əkib becərdiyi pambıq sahəsini 2 aya yaxındır ki,suvara bilməyib.Əgər avqust ayında da bu problem həll edilməsəydi məhsuldarlıq olduqca aşağı olacaqdı. Qeyd edək ki, rayon ərazisində 44 min hektardan çox suvarılan əkin sahəsi var ki, bunun da 2 min 520 hektarında pambıq əkilib.

Nə düşünürsən?