Bakıda qadın gözəllik salonlarından eyni üsulla oğurluq etdi

  • 02.09.2020
  • 0

Bakıda qadının gözəllik salonlarından oğurluq etməsi kameraya düşüb. Bununla bağlı görüntüləri Baku.ws yayımlayıb. Paytaxt sakini Murad Sərxanovun sözlərinə görə, ötən gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən gözəllik salonuna bir qadın daxil olub. Saat 12:00-da qadın salonda olanların başını qarışdırıb və divana oturub. O divanda olan digər müştərinin çantasından pul qabını çıxarıb və içərisindəki 200 manatı oğurlayıb. Pulu oğurlanan qadının həyat yoldaşı məsələ ilə əlaqədar 13-cü polis bölməsinə müraciət edib. Məlum olub ki, həmin qadın bir neçə gün əvvəl eyni üsul ilə Nəsimi rayonu, 28 may metrosu yaxınlığında yerləşən gözəllik salonundan oğurluq edib. Həmin vaxt qadın 400 manat pul oğurlayıb. Hər iki hadisənin görüntülərini təqdim edirik.

Nə düşünürsən?