Messi saatda 15 mindən çox pul qazanacaq

  • 02.09.2020
  • 0

İllərdir “Barselona”nın şərəfini qoruyan Lionel Messinin formasını “Mançester Siti” ilə dəyişməsi sərvətinə sərvət qatacaq. Publika.az xəbər verir ki, ingilis komandasına keçid üçün Messiyə 5 il müqabilində 700 milyon avro və “City Football Group” şirkətindən hissə veriləcək. L.Messi bu razılaşma ilə futbol tarixinin ən çox gəlir əldə edən futbolçusu olacaq. Beləliklə, o, saatda 15 min 900 avro qazanacaq. Argentinalı ulduz 3 mövsüm “Mançester Siti”də, 2 mövsüm isə ABŞ-ın MLS Liqası komandalarından “Nyu-York Siti”də oynayacaq.

Nə düşünürsən?