Türkiyə yeni döyüşə hazırlaşır

  • 02.09.2020
  • 0

Şərqi Aralıq dənizində gərginlik hər gün yüksələrkən Türkiyənin əlindəki S-400 zenit raket komplekslərinin əhəmiyyəti də artmaqda davam edir. Publika.az xəbər verir ki, hələ ki aktivləşdirilməmiş sistemləri dəyərləndirən mütəxəssislər bu addımın atılması təqdirində bölgənin uçuşa bağlı olacağını və Türkiyənin bununla böyük üstünlük əldə edəcəyini bildirir. Şərqi Aralıq dənizində Yunanıstanla yaşanan gərginlik və hər an alovlana biləcək qarşıdurma fonunda Türkiyənin S-400 komplekslərini almasının nə qədər doğru addım olduğu səsləndirilir. “TRT World”ün analitiki Yusuf Erim Fransa və Birləşmiş Ərəb Əmirliklərinin Yunanıstanı bölgədə vasitəçi kimi istifadə etdiyini, lakin hərbi baxımdan Türkiyəyə heç bir təhlükə daşıya bilməyəcəklərini söyləyib: “Bu ölkələr, əlbəttə, silah və maliyyə dəstəyi təmin edəcəklər. Amma mövcud gərginlik döyüşə çevrilsə, nə Fransa, nə də Birləşmiş Ərəb Əmirlikləri bu savaşda olcaq. Bu döyüş nə Paris, nə də Əbu-Dabidə olacaq. Bu döyüş Yunan adaları və materik hissəsində gerçəkləşəcək. Afina bunu sürətli şəkildə anlamalıdır”.

Nə düşünürsən?