Əmi qardaşı qızının barmaqlarını meşədə doğradı

  • 02.09.2020
  • 1

Rusiyanın Buryatiya respublikasında ağılagəlməz cinayət hadisəsi baş verib. Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ərazi üzrə İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, əmi doğma qardaşının 5 yaşlıq qızının barmaqlarını balta ilə doğrayıb. Hadisə əmi və atanın şərxoş olduğu an baş verib. Belə ki, azyaşlı atası və əmisi ilə kəndlərinin yaxınlığındakı meşəyə gedib. İki qardaş içki içməyə başlayıb. Bu vaxt əmisi telefonunu oynaması üçün qıza verib. Uşaq telefonu əlindən salaraq sındırıb. Bu zaman əmisi ondan əlini kötüyün üstünə qoymasını tələb edib və qızın iki barmağını balta ilə kəsib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb, sərxoş ata isə yaralı qızını evə gətirib. Həkimlər onun bir barmağını yerinə tikə biliblər. Gecə 47 yaşlı cinayətkar hadisə yerinə qayıdan zaman polislər onu həbs ediblər. Faktla bağlı cinayət işi başlanıb.

Nə düşünürsən?