Almaniyada polis hamilə qadını döydü

  • 02.09.2020
  • 0

Alman polisi biri hamilə olmaqla, iki qadın nümayişçiyə şiddət tətbiq edib. Cebhe.info xəbər verir ki, sosial mediada yayılan görüntülərdə 4 polisin yerdə uzanaraq bir qadına qandal vurmağa çalışdığı və qadının müqavimət göstərməsindən sonra polislərdən birinin onu zorla yumruqladığı görülür. Görüntülərin yayılmasından sonra sosial media istifadəçiləri polisin etirazçıya qarşı zorakılığına qarşı sərt reaksiya göstərib. Berlin polisinin verdiyi açıqlamaya görə, məsələ ilə bağlı istintaq başladılıb. Alman mediasında yer alan xəbərlərdə, polis tərəfindən şiddət tətbiq olunan başqa bir qadının da hamilə olduğu və polis tərəfində yerə yatılaraq üstünə basdığı öyrənilib. Polisin açıqlamasında hamilə qadının polisə tüpürdüyü, müqavimət göstərdiyi və hər iki qadının xəstəxanaya getməkdən imtina etdiyi qeyd olunub.

Nə düşünürsən?