İçərisində sərnişinlər olan avtobus yandı

  • 01.09.2020
  • 32 baxış
  • 0

Səhər saatlarında Bakıda sərnişin avtobusunda güclü yanğın olub. Yanğın zamanı avtobus tamamilə yararsız hala düşüb. Hadisəni görən sürücü avtobusu yolun kənarında saxlayaraq sərnişinləri təxliyə edib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırıcı komissiya yaradılıb. Hərəkətdə olan sərnişinlə dolu avtobusda yanğın olub. Hadisə səhər saatlarında paytaxtın Sabunçu rayonu ərazisində baş verib."BakuBus" MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü tüstülənməni gördükdən dərhal sonra nəqliyyat vasitəsini saxlayıb. Bu görüntülər ətrafda olan şahidlər tərəfindən mobil telefonla çəkilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, sürücü avtobusu saxladıqdan sonra təlimata uyğun hərəkət edib. Sürücü və ətrafdakı insanlar hadisə ilə bağlı yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerində Dövlət Yanğından Mühafizə Böləsinin əməkdaşları gələrək alova müdaxilə ediblər. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə zamanı yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın söndürülsə də avtobus tamamilə yararsız hala düşüb. Xatırladaq ki, "BakuBus" MMC-yə məxsus avtobusda ilk dəfədir ki, belə güclü yanğın baş verir. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, yanğının hansi səbəbdən baş verdiyi araşdırılır.

Nə düşünürsən?