Modul tipli xəstəxanların sayı 18-ə çatdırılacaq

  • 01.09.2020
  • 0

Ölkəmizdə koronavirusla mübarizə çərçivəsində inşa edilən yeni modul tipli xəstəxanaların bəziləri artıq boşalıb. Amma bununla belə həmin xəstəxanalar texniki cəhətdən daim hazır vəziyyətdə saxlanır. Buna səbəb dövlətin insanların sağlamlığını prioritet kimi qəbul etməsidir. Belə bir vəziyyətdə hər bir vətəndaşın borcu isə məsuliyyətli olmaq, tövsiyyələrə əməl etməkdir. Unutmaq olmaz ki, koronavirus bəlası hələ arxada qalmayıb və ölkəmizdən fərqli olaraq, bir çox avropa ölkələrində yolxuma sayı yenidən sürətlə artır. Qısa zamanda ən müasir standartlara cavab verən modul tipli xəstəxanalar inşa edildi, dünyanın ən çox ehtiyac duyduğu zamanda süni nəfəs aparatı kimi zəruri avadanlıqlar ölkəmizə gətirildi və laboratoriyaların sayı dəfələrlə artırıldı. Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə bir daha göstərdi ki, dövlətimiz ən çətin vəziyyətlərdə belə vətəndaşı üçün bütün lazımi şəraiti təşkil edir və insanların sağlamlığının qorunmasını təminat verir. Bu gün ölkəmizdə yolxuma sayı və ölüm saylarının dünya ölkələləri ilə müqayisədə dəfələrlə az olması koronavirusla mübarizənin nə qədər effektiv olduğunun bariz göstəricisidir. Qısa zamanda ölkəmizdə 4100 çarpayı yerlik, 11 modul tipli xəstəxana inşa edildi. Bununla belə hazırda boş olan modul tipli xəstəxanlar da texniki və dərman təchizatı cəhətdən daim hazır vəziyyətdə saxlanır. Üstəlik, ölkəmizdə daha 7 modul tipli xəstəxananın da istifadəyə verilməsi nəzərdə tutulur. Çünki koronavirus bəlası hələ yekunlaşmayıb və bir sıra Avropa ölkələrində olduğu kimi yenidən alovlana bilər. Bunun baş verməməsi üçün isə hər bir vətəndaş məsuliyyətli olmalıdır. Bu gün ölkəmizdə karantin qaydalarının tətbiq edilməsi və vəzifəsindən və sosial statusundan asılı olmayaraq, bu qaydaları pozan hər bir şəxsin cəzalandırılmasının bir məqsədi var: Azərbaycan vətəndaşının təhlükəsizliyini və sağlamlığını qorumaq.

Nə düşünürsən?