Livanlı ermənilər Qarabağa köçürülür

  • 01.09.2020
  • 0

Beynəlxalq hüququn işləməməsi və cəzasızlıq Ermənistanın təcavüzkar siyasətinin daha da kəskinləşməsinə gətirib çıxarır. Öncədən Azərbaycanın işğal altındakı torpaqlarına gizli yollarla erməniləri gətirərək yerləşdirən Ermənistan indi bunu aşkar şəkildə həyata keçirməyə başlayıb. Söhbət Livanda yaşayan ermənilərin Dağlıq Qarabağa köçürülməsindən gedir. ATƏT-in Minsk qrupu isə baş verənlərə susqunluğunu davam etdirir. Tovuz istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mülki əhalini hədəfə alan Ermənistan bu məsələdə beynəlxalq ictimaiyyət tərəfindən heç bir təzyiqə məruz qalmadığı üçün artıq bütün qanunsuz fəaliyyətlərini hər kəsin gözü qarşısında reallaşdırmağa başlayıb. Söhbət Livanda yaşayan ermənilərin Beyrutda baş verən partlayışdan sonra kütləvi şəkildə Azərbaycanın işğal altında olan ərazilərinə köçürülmək planından gedir. Öncələr bu prosesləri beynəlxalq ictimaiyyətdən gizli şəkildə həyata keçirən Ermənistan indi köçürməni hər kəsin gözü qarşısında mediayaya açıq şəkildə icra edir. Belə ki, bununla bağlı iclas keçirən Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Aratunyan Azərbaycan ərazilərində Livandan gələcək 100-150 ailəni yerlədirə biləcəklərini bildirib. Bu barədə O, Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıb və müzakirələr keçirərək daha çox Livan ermənisinin Dağlıq Qarabağa köçürülməsi üçün fəaliyyətlərini davam etdirəcəklərini bildirib. Başqa bir dövlətə aid ərazidə qanunsuz məskunlaşdırmanı bu qədər həyasızcasına və beynəlxalq ictimaiyyətin gözü qarşısında həyata keçirən Ermənistan görəsən bu gücü və rahatlığı hardan alır ? Xarici İşlər Nazirliyinin idarə rəisi Leyla Abdullayeva bildirir ki, Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı dəfələrlə ATƏT-in Minsk qrupu həmsədrlərinə məlumat verilib. Ancaq görünən odur ki, heç bir ölçü götürülmədiyindən Ermənistan qanunsuz əməllərinə nümayişkaranə şəkildə davam edir. Təsadüfi deyil ki, dəfələrlə ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında da Ermənistanın Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasəti apardığı öz əksini tapıb. Ermənistanın məqsədi erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik quruluşunu dəyişmək,boş əraziləri iqtisadi cəhətdən canlandırmaqdır.. Ancaq məsələ burasındadır ki, ermənilər elə paytaxt İrəvanda əhalinin sosial rifahının nə qədər çətin olduğunu görürlər. Buna görə heç kəs daha ağır şəraitin onları gözlədiyi Dağlıq Qarabağ ərazilərinə köçmək istəmir. Onu da qeyd edək ki, ASALA erməni terror təşkilatı elə Livan ərazisində yaranıb. Buna görə Ermənistanın məhz bu ölkədən erməniləri köçürməsi heç şübhəsiz erməni terrorçılarının Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinə də hesablanıb. ATƏT-in Minsk qrupu isə həmişə olduğu kimi susur və bu da təcavüzkarı daha böyük gərginliyə, qanunsuz əməllərə həvəsləndirir.

Nə düşünürsən?