Noutbuk alarkən nələrə diqqət etməliyik?

  • 01.09.2020
  • 0

Koronavirus səbəbindən təhsilin əsasən onlayn keçiriləcəyi xəbəri noutbuk satışını artırıb. Bəs noutbuk alarkən nələrə diqqət etmək lazımdır? Həmin avadanlıqların göstəriciləri necə olmalıdır? Bu sualların cavabını sujetimizdən bikləcəksiniz Yeni tədris ilindən təhsilin distant formada davam etdirilməsi komputerlərin satışını artırıb. Valideynlər əsasən övladlarına noutbuklar almağa üstünlük verirlər. Onlayn təhsil zamanı istifadə edilən skype, zoom və bu kimi proqramları dəsdəkləyən noutbukların qiymətləri 400-500 manatdan başlayır. Mütəxəssislər bildirirlər ki, noutbuk alarkən diqqətli olmaq lazımdır. Nisbətən baha olan noutbukların göstəriciləri yüksəkdir.Bu isə gələcəkdə yeni proqramların dəsdəklənməsinə imkan yaradır. Satış mərkəzinin direktoru Tərlan Hüseynov deyir ki, ibtidai sinif şagirdlərinə noutbukdansa, planşet almaq məsləhətlidir.Planşetlər də disdant təhsil zamanı istifadə edilən proqramları dəsdəkləyir. Həmçinin tövsiyyə edilir ki, bu elektron avadanlıqlar zəmanətlə və servisi olan mağazalardan alınsın. Avadanlıqda texniki problem yarandıqda alıcı onu 14 gün ərzində qaytara və ya dəyişdirə bilər. Zəmanət müddətində isə texniki problemlər servisin hesabına həll edilir

Nə düşünürsən?