Smartfonun batareyası çox qızırsa, nəyə fikir verməli?

Smartfonun batareyası çox qızırsa, nəyə fikir verməli?

  • 01.09.2020
  • 749 baxış
  • 0

Tətbiqlərin işləməsi üçün kifayət qədər keyfiyyətli rabitə olmasa, qadjetlər qıza bilər. Belə ki, yüksək sürətli internetə çıxış olmadıqda, tətbiqlər çox sayda sorğu göndərir, buna görə həm telefon çox qızır, həm də batareyası tez tükənir. "Praym”ın məlumatına görə, bu barədə Rusiyada "Rəqəmsal platforma” Muxtar qeyri-kommersiya təşkilatnın baş direktoru Arseniy Şeltsin bildirib. Onun sözlərinə görə, smartfon müxtəlif funksiyalardan - internet, "Wi-Fi”, "Bluetooth” və GPS-dən aktiv istifadə edərkən də prosessor həddindən artıq isinə bilər: "Cihazların fasiləyə ehtiyacı var və bəzən bir müddət üçün söndürülməlidir”. Telefon tətbiqlərdə proqram səhvlərinə görə də qıza bilər, bu zaman tətbiq bağlanmalıdır. "Batareyanın həddindən artıq qızması orijinal olmayan şarj cihazının istifadəsi və ya batareyanın nasazlığı səbəbindən ola bilər”, - deyə mütəxəssis əlavə edib. Şeltsin qadjetə su daxil olmasının da isinməyə səbəb ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyətdə telefon təmirə aparılmalıdır.

Nə düşünürsən?