"Yaprak Dökümü"nün "Pempe mont"u - "Bəyaz tulum"

  • 01.09.2020
  • 0

Bir zamanların ən reytinqli seriallarından olan "Yaprak Dökümü"nün sevilən aktrisaları, iki bacını canlandıran Gökçə Bahadır (Leyla) və Fahriyə Evcəndən (Necla) yeni xəbər var. BiG.AZ xəbər verir ki, hər iki aktrisanın reklam filmləri üçün geyindikləri bəyaz tulumun bənzərliyi diqqətlərdən yayınmayıb. Belə ki, hər ikisini eyni geyimdə görən izləyicilər serialda məşhur "pembe mont" kadrını xatırlayıblar. Həmin kadrda Necla bacısı Leylanın üzünə həmin çəhrayi paltonu atıb və Leyla depresiyaya girərək yay günlərinin istisində belə paltonu əynindən çıxarmayıb.

Nə düşünürsən?