Meyxanaçı Kərimin vəziyyəti ağırlaşdı

  • 01.09.2020
  • 0

Meyxanaçı Ağamirzə Məmmədov həmkarı Ağakərimin səhhətindən danışıb. Meyxanaçı "Baş mövsümü" proqramına qonaq olub. O, insult keçirən meyxanaçının vəziyyətinin pis olduğunu söyləyib: "Ağakərim pisdir. Bizə dua etmək, Allahdan ona şəfa diləmək qalıb. Onun yanına gedib-gələndə çox pis oluram. Övladlarımı aparıram ki, gedin halını soruşun gəlin. Özüm də oturub maşında gözləyirəm. Ürəyim kövrəkdir, onu elə görə bilmirəm". Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb.

Nə düşünürsən?