İnsan beyninə bu mikropçip yerləşdiriləcək

  • 31.08.2020
  • 0

"Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru, milyarder İlon Mask "Neuralink" şirkəti tərəfindən hazırlanan, insan beyninin nəzarətini təmin edən mikroçipin təqdimatını edib. BiG.AZ-ın Sonxeber.az-a istinadən verdiyi xəbərə görə, Mask "Neuralink" şirkətinin illərdir üzərində işlədiyi beyin implantını təqdim edərkən bildirib ki, bu texnologiya yaddaş itkisindən depressiya və görmə pozğunluğuna qədər müxtəlif nevroloji problemləri və onurğa zədələrini həll etmək, musiqini birbaşa beyinə ötürmək və ya klaviaturaya toxunmadan düşüncə gücü ilə yazmaq üçün istifadə edilə bilər. Mask tərəfindən təqdim olunan "LİNK" adlı mikroçip bir qəpik ölçüsündədir. Qurğu insan tükündən dörd dəfə nazik olan 4 elektrod ipindən və qulaqların arxasına yerləşdirilmiş bir çipdən ibarətdir.

Nə düşünürsən?