Sürətlə körpüyə girən taksi havada uçdu

  • 30.08.2020
  • 0

Rusiyanın Sankt-Peterburq şəhərində 4 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 30-da səhər saatlarında "Qoroxovo və Kazansk" küçələrinin kəsişməsində qeyd alınıb. Kadrlarda, taksi kimi fəaliyyət göstərən "Volkswagen Polo" markalı avtomobilin sürətlə körpüyə daxil olduğu və havada uçaraq svetoforun qırmızı işığında dayanmış "Renault Duster"ə çırpıldığı görülür. Qəzada "Volkswagen" ilə "Renault"dan başqa daha iki maşın, "Skoda" və "Hyundai" da zərər görüb. Yerli KİV-in məlumatın görə, hadisənin səbəbkarı sükan arxasında sərxoş olub və nəticədə o, ağır xəsarətlər alıb, "Renault"ın sahibi isə yüngül yaralanıb. Namiq Musayev

Nə düşünürsən?