Ucarda 28 illik stadion dağılmaq üzrədir

  • 30.08.2020
  • 0

Ucarda 1992-ci ildən istifadəyə verilən rayon stadionu artıq dağılmaq üzrədir. Stadionun tamaşaçılar üçün nəzərdə tutulan hissəsi baxımsızlıqdan demək olar ki, artıq yararsız vəziyyətdədir. Futbol oyunu üçün nəzərdə tutulan hissənin isə ot örtüyü məhv olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, 3 hektardan artıq sahəsi olan rayon stadionu artıq 10 ildir ki, ümumiyyətlə istifadəsiz qalıb. Rayon mərkəzində yeganə olan stadion istifadə olunmadığı səbəbindən torpaq qatı tamamı ilə şoranlaşıb. Bu da yerli sakinlərin stadiona uyğun hər hansı idman növü ilə məşğul olmasına ciddi problem yaradır. Sakinlər deyir ki, vəziyyətin bu həddə çıxması bizə həmdə maddi tərəfdən ziyan vurur. Belə ki, məcburiyyət qarşısında qalıb qonşu Göyçay, Yevlax və digər rayonlara getməli oluruq ki, buda əlavə xərc tələb edir. Maddi imkanı zəif olan sakinlər isə futbol və voleybol kimi idman növləri ilə məşğul ol bilmirlər. Stadionun bərpası ilə bağlı dəfələrlə müvafiq qurumlara edilən müraciət isə hələ ki, nəticəsiz qalıb. Özünü “Ucar Pambıq” ASC-nin əməkdaşı kimi təqdim edən Kamran Səmədov deyir ki, stadion 1992-ci ildə Ucar Pambıq təmizləmə zavodunun nəzdində İdman Sağlamlıq kompleksi kimi fəaliyyətə başlayıb. 1997-ci ildə aparılan özəlləşmədən sonra zavodun bazasında yaradılan “Ucar Pambıq” ASC-nin nəzdindədir. Görünən odur ki, yaxın zamanda stadionun təmiri mümkün deyil. Qalır gözləmək... Zahid Abışov, Devran Əsgərov, APA TV Rəsmi saytımız https://www.apa.tv APA TV onlayn xəbər agentliyinin rəsmi YouTube kanalı https://www.youtube.com/APATVOfficial Facebook səhifəmiz https://www.facebook.com/tvapaxeber İnstagram səhifəmiz https://www.instagram.com/apatvresmi Twitter səhifəmiz https://twitter.com/APATVRESMI Video Adı: Ucarda 28 illik stadion dağılmaq üzrədir Video Link: https://youtu.be/Mx4TGcgvuY4 apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020 #apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler