Yük maşını təlim avtomobilinə çırpıldı

  • 29.08.2020
  • 0

Rusiyanın İvanov əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Kadrlarda, sürücülük məktəbinə məxsus olan “Lada Kalina” markalı təlim avtomobilinin hərəkətdə olduğu və digər zolağa manevr etmək üçün yolun boşalmasını gözlədiyi görülür. Bu zaman “Scania” markalı yük maşını bilinməyən səbəblərdən “Lada”ya çırpılır. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayaraq qarşı zolağa düşür və “Opel Corsa” ilə toqquşur. Rusiya DİN-in əyalət üzrə mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində 43 yaşlı sürücülük təlimatçısı vəfat edib, sükan arxasında olan 19 yaşlı təlim alan şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi açılıb, yük maşının sürücüsü həbs edilib.

Namiq Musayev

Nə düşünürsən?