29 avqust: TƏBİB koronavirusla bağlı xəbər yaydı

  • 29.08.2020
  • 0

Hazırda Azərbaycanda aktiv koronavirus (COVID-19) xəstələrinin sayı 2 069-dur. TƏBİB-dən Hokm.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 140, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 16-dır. Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, ötən müddət ərzində isə ümumilikdə 910 890 test aparılıb.

Nə düşünürsən?