Metro nə vaxt açılacaq?

  • 29.08.2020
  • 0

“Metronun fəaliyyəti müzakirə mövzusudur. Bununla bağlı müzakirə davam etdirilir”. “Qafqazinfo” xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O qeyd edib ki, məktəblərin açılmasıyla bağlı bu gündəm mövzusu ola bilər: “Bu zaman yenə də sanitar qaydalar qiymətləndirilir. Hazırda aidiyyati strukturların əməkdaşları ilə birgə metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə edilir”. Onun sözlərinə görə, bununla bağlı məsələ sentyabrın 15-ə qədər müzakirə ediləcək.

Nə düşünürsən?