Distant təhsilə hazırlıq

  • 28.08.2020
  • 2K baxış
  • 0

Bakı şəhəri, Binəqədi rayonu, "Motodrom" yaşayış sahəsində 50-dən artıq evdə telefon xətti və internet yoxdur. Xezerxeber.az-ın məlumatına görə, Bakının Savalan yaşayış massivi və bir neçə kəndində də eyni vəziyyət hökm sürür. Bu isə onlayn dərslərin aktual olduğu bu dövrdə şagirdlər üçün problem yarada bilər. "Bakı Telefon Rabitəsi" MMC-dən bildirilib ki, istər Savalan, istərsə də Motodrom yaşayış sahəsində sakinlərə simli və simsiz texnologiyalar üzərindən rabitə xidmətləri göstərilir. Əhali axınını və çoxsaylı müraciətləri nəzərə alaraq sözügedən ərazilərdə GPON texnologiyası əsasında "evədək optika" layihəsinin icrası nəzərdə tutulub. Bakı kəndlərində işlər müraciət sayına görə mərhələli şəkildə aparılır. Ümumrespublika üzrə vəziyyətə gəlincə, "Aztelecom" MMC-dən verilən məlumata görə, ölkədə karantin rejimi tətbiq edilməyə başladığı dövrdən telekommunikasiya xidmətlərinə olan tələbat dəfələrlə artıb. Ötən illə müqayisədə cari ilin 8 ayı ərzində xidmətə qoşulan istifadəçilərin sayında 30% artım var. Regionlara ötürülən trafikdə isə 40% artım müşahidə olunur.

Nə düşünürsən?