Cənub bölgəsində meşələri kim qırır?

  • 28.08.2020
  • 4.3K baxış
  • 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxsləri Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində vətəndaşları qəbul edib. Xezerxeber.az-ın məlumatına görə, görüşdən sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu gün 20-yə yaxın vətəndaş qəbul edilib. Görüşdə meşələrin qırılması ilə bağlı yayılan məlumatlar araşdırılıb və şikayətlər dinlənilib. Firdovsi Əliyev qeyd edib ki, bu işdə meşə işçilərinin əli varsa, onlar haqqında mütləq tədbir görüləcək. Kimlərinsə adına sosial şəbəkələrdə saxta profillər açaraq qərəzli fikirlər səsləndirənlərin də hər biri lazımi cəzasını alacaq. Nazir müavininin sözlərinə görə, yerindəcə aparılan operativ araşdırmalar göstərib ki, şikayətçilərin bir qismi əvvəllər meşə gözətçiləri işləyib və yol verdikləri müəyyən qüsurlara görə işindən azad edilib, hətta barəsində 3 maddə ilə cinayət işi açılan "narazı" şəxslər var. Firdovsi Əliyev onu da deyib ki, bunlarla yanaşı, görüşdə digər müraciət və şikayətlərin bir hissəsinin yenidən araşdırılmasına zərurət olduğu müəyyənləşdirilib, bəzi faktların isə təhqiqat üçün hüquq mühafizə orqanlarına göndərilməsi qərara alınıb. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?