Karantin yumşaldıqdan sonra mağazalarda alış-veriş artıb

  • 28.08.2020
  • 0

Geyim mağazalarında canlanma Xüsusi karantin rejeminin yumşaldılmasından sonra fəaliyyətə icazə verilən sahələrdən biridə məhz geyim mağazalarıdır. Karantin rejimi yumşaldıqdan sonra fəaliyyətə başlayan ticarət obyektlərində alış verişin canlanmasını öyrənmək maqsədi ilə bir necə mağazalara üz tutduq. Təbii ki, mağazalara daxil olarkən tibbi maskadan istifadə mütləqdir, bununla yanaşı hər bir şəxs dezinfeksiyaedici məhlulllardan istifadə etməlidir. Görünür geyim mağazalarının açılması barədə hamının gözlədiyi qərar tək müştərilərin deyil həm də mağaza sahiblərinin və satıcıların ürəyindən olub. Müsahibimin sözlərinə görə, müştərilərə onlayn xidmət göstərdiklərinə baxmayaraq, pandemiya ilə mağazalar uzun müddət bağlı qaldığından yaz və yay geyimləri demək olar ki satılmayıb. Hazırda əks geyim mağazaları tərəfindən, vitrin və manikenləri bəzəyən paltarlar müxtəlif geyim aksesuarları və ayaqqabılar müştərilərə endirimli qiymətlərlə təklif olunur. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi tətbiq edilmiş Respublikanın 13 şəhər və rayonlarında fəaliyyətinə icazə verilnmiş xidmət sahələrində vətəndaşların koronavirus infeksiyasına yoxulmasının qarşısının alınması məqsədi ilə mütəmmadi olaraq dezinfeksiya işləri aparılmalı vətəndaşların gigiyenik qaydalara əməl olunmasına nəzarət olunmalıdır.

Nə düşünürsən?