Qurgen Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilsin

  • 28.08.2020
  • 0

“Erməni zabiti Qurgen Alaverdiyan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilsin” Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü rəsmi facebook profilində status paylaşaraq təklif edib: Sitat: “Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurgen Alaverdyan düşmən ordusu üçün önəmlidirsə və Azərbaycana da xidmət etmək istəyirsə hamının-hamıya prinsipini işə salmaq olar. Azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən 6 ildən çoxdur ki, girovluqda saxlanılır. Əsirlərin dəyişdirilməsi baş tutarsa bu proses ictimai rəydə Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azad edilməsi zamanı yaratdığı effekti verər.” - sitatın sonu. Aydan Rüstəmova Yeni Media

Nə düşünürsən?