​​​​​​​Bakıda əhaliyə pul paylayan şirkətlə bağlı yeni xəbər

  • 28.08.2020
  • 0

Ötən ilin sonlarına yaxın Bakıda quraşdırdığı, insanlara pul paylayan aparatlarla “(Azpulmat”) gündəmə gəlmiş “Azpul” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, şirkətin nizamnamə kapitalı kəskin artırılaraq 1 000 manatdan 300 000 manata çatdırılıb ki, bu da BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğundur. “Azpul”un direktoru Tural Vəliyev açıqlamasında bildirib ki, yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankından BOKT lisenziyası almağı planlaşdırırlar. Bundan sonra kommersiya qurumunun fəaliyyəti barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Nə düşünürsən?