Bu rayonda koronavirusa yoluxma faktları artdı

  • 27.08.2020
  • 0

Son günlər Şirvan səhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib. Xezerxeber.az-ın məlumatına görə, TƏBİB-in bölgəyə ezam olunan işçi qrupu tibb məntəqələrində monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlayıb. Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzində aşkarlanan nöqsanlarla bağlı tədbirlər görülüb. Daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-ün baş epidemioloqunun tövsiyələri və indiyədək əldə olunan təcrübə nəzərə alınaraq, bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapadılması barədə qərar qəbul edilib. TƏBİB rəsmisinin sözlərinə görə, hazırda sözügedən tibb məntəqələrində olan xəstələrin müalicəsi isə davam etdiriləcək. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-ün tövsiyələrini nəzərə alaraq, yoluxma intensivliyinin çox olduğu ərazilərdə yoluxma mənbəyinin lokal qapanma tədbirlərinə üstünlük verəcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?