Paytaxtda növbəti polis reydi

  • 27.08.2020
  • 0

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxt polisi və Daxili Qoşunların hərbi qulluqçuları birgə reyd keçirib.Reyd zamanı ictimai nəqliyyatda tibbi maskadan istifadənin vacibliyi sərnişinlərin diqqətinə çatdırılıb. Bundan sonra reydlər şəhərdə fəaliyyət göstərək iri marketlərdə davam etdirilib. Burada alıcılarla yanaşı market işçilərinin də gigiyeniya və sanitariya qaydalara əməl etməsinə diqqət yetirilib. Reydlər daha sonra paytaxt küçələrində fəaliyyət göstərən içtimai iaşə obyektlərində həyata keçirilib. Bu zaman qaydalara əməl etməyən dönərxana, həmçinin müştərilərə yol kənarında düzgün xidmət göstərməyən restoran aşkarlanıb. Qayda pozuntusuna yol verən ictimai iaşə obyektlərinin sahibləri izbati xətalar məcəlləsinin müvafiq bəndinə uyğun olaraq cərimə olunublar.

Nə düşünürsən?