Sənaye parkında yeni məhsullar istehsal edilir

  • 26.08.2020
  • 0

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri tərəfindən Rusiya Federasiyasının sifarişi ilə yeni növ məhsulun - avtodayanacaqlarda istifadə olunan çuqun töküm yağış barmaqlıqların istehsalına başlanıb. Xezerxeber.az-ın məlumatına görə, yağış barmaqlıqları istehsal edən rezidentin kimya sənaye parkında 3 - Polad boru, Polietilen məmulatları və Texniki avadanlıqlar zavodu fəaliyyət göstərir. Burada qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. Ümumi investisiyalarının həcmi 3,1 milyard ABŞ dolları olan 23 sahibkarlıq subyektinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. İndiyədək rezidentlər tərəfindən 2,9 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon ABŞ dollarından çox investisiyanın yatırılması nəzərdə tutulur. Sumqayıt Kimya Sənaye Parkında hazırda 5500-dən artıq insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının 6000 nəfərə çatdırılması nəzərdə tutulur. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?