Rayonlara gediş-gəlişlə bağlı deputatdan açıqlama

  • 26.08.2020
  • 0

Deputat: Sentyabrın 1-dən rayonlara gediş-gəliş bərpa edilə bilər

Azərbaycada koronavirusa görə tədbiq edilən karantin rejiminin sentyabrın 1-də bitməsi nəzərdə tutulur. Lakin müəyyən yumşalmalar edilməklə karantin rejiminin yenidən uzadılması barəsində də fikirlər səsləndirilir. Gələn həftədən başlayaraq rayonlara gediş-gəlişin bərpası gözlənilir.

Axeber.az bildirir ki, bununla bağlı konkret.az saytına fikirlərini bölüşən deputat Cavid Osmanov bildirib ki, son günlərin statistikası ümidvericidir:

“30 gün bundan öncəki dövrdən tamamilə fərqli mənzərə ortaya çıxıb. Unutmamalıyq ki, koronavirus hələ də bizimlə yaşamaqdadır. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı da dünyada fövqəladə vəziyyəti 3 ay uzadılması ilə bağlı qərar qəbul edib. Amma bununla yanaşı sentyabrın 1-dən müəyyən yumşalmalar ola bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah son günlərin statistikasını, mövcud pandemiya vəziyyətini və gələcəkdə hansə problemlərlə qarşılaşa biləcəyimizlə bağlı bütün məsələləri analiz etdikdən sonra öz qərarını verəcəkdir”.

Nə düşünürsən?