Bağlı bildiyi maşının qapısına balta ilə hücum etdi

  • 26.08.2020
  • 239 baxış
  • 0

Təqdim etdiyimiz bu görüntülər Rusiyada şəhərlərin birində qeydə alınıb. Avtosfer.az xəbər verir ki, kadrlarda, yanacaqdoldurma məntəqəsində “VAZ-2105” markalı avtomobilin qapısı məlum olmayan səbəblərdən kilidləndiyi, bu zaman sürücünün onu açmaq üçün balta və “montirovka”dan istifadə edərək açmaq istədiyi görülür. Bir müddət qapının açılması ilə əlləşən sürücü, nə qədər çalışsa da buna nail ola bilmir. Maraqlıdır ki, kənardan gələn şəxs tutacağı çəkməklə qapını asanlıqla açır. Namiq Musayev

Nə düşünürsən?