Ali məktəblərə ixtisas seçimi nə vaxt aparılacaq?

  • 26.08.2020
  • 0

Koronavirus pandemiyası universitetlərə ixtisas seçiminə də təsir edib. Xezerxeber.az-ın məlumatına görə, bu il ali təhsil müəssisələrinə ixtisas seçimi sentyabr ayının 10-dan sonra baş tutacaq. Halbuki ötən ilin bu günlərində abituriyentlər qəbul olduqları ali təhsil müəssisələrinə sənəd toplayırdılar. Bu il isə heç imtahanların nəticələri məlum deyil. Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib ki, abituriyentlər gələn aydan topladıqları bala uyğun ixtisas seçimi edə biləcəklər. İxtisas seçiminə ümumilikdə 10 gün vaxt veriləcək. Təhsil ekspetri Kamran Əsədov isə pandemiya şəraiti ilə əlaqədar bu il bəzi universitetlərin plan yerlərini doldura bilməyəcəyini düşünür. Onun fikrincə, bu vəziyyət ixtisas qruplarından asılı olaraq dəyişəcək. Universitetlərin ödəniş məsələsinə gəldikdə isə təhsil eksperti bildirib ki, bu il təhsilhaqlarının məbləğlərində mütləq endirim olmalıdır. Çünki ehtimal var ki, ali məktəblərdə dərslər distant şəkildə keçiriləcək və bu zaman xərclər qismən enəcək. Təhsil distant olmasa belə, pandemiya şəraitində təhsilhaqlarının artırılması məqbul sayılmır. Qeyd edək ki, təhsilhaqlarının qeyd oldunduğu abituriyent jurnalı hələ çap olunmayıb. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?