Avtomobili arxaya vermək istəyən qadın sürücü restorana girdi

  • 26.08.2020
  • 0

Çinin şərqində səriştəsiz qadın sürücü avtomobili ilə qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri, Çzyansun əyalətinin Nantun şəhərində yerləşən restoranların birinin təhlükəsizlik kamerasına düşüb. Kadrlarda, restoranın qarşısında qırmızı rəngli avtomobilin dayandığı və bir qadının sükan arxasına keçdiyi görülür. Mühərriki işə salan sürücü, hərəkət qutusundakı "N"-lə "D"-nin yerini səhv salır və avtomobili arxaya vermək əvəzinə qabağa sürür. Ayağını qaza sıxan qadın restoranın şuşə qapısını qıraraq içəri daxil olur. Xoşbəxtlikdən qəza zamanı restoranda heç kim olmayıb. Namiq Musayev

Nə düşünürsən?