SON DƏQİQƏ! : ERMƏNİSTANDAKI 900 HƏDƏF VURULACAQ..

  • 26.08.2020
  • 0

Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət hazırda Türkiyənin Cənubi Qafqazdakı əsas başağrısıdır. Burada Nikol Paşinyan və ətrafındakıların Azərbaycanın enerji marşrutlarının yaxınlığında yeni bir təxribat təşkil edə biləcəyi təhlükəsi var. Bu durumda Transadriatik boru kəməri ilə Azərbaycan qazının əsas tədarükçüləri olan Avropa ölkələrində də narahatlıq müşahidə olunur. Bu sözləri Beynəlxalq Siyasi Təhlil və Proqnozlaşdırma Mərkəzinin rəhbəri Denis Korkodinov danışarkən deyib. Onun sözlərinə görə, İrəvanın yenidən hərbi təxribata əl atmağa cəhd edəcəyi təqdirdə Azərbaycan Türkiyə ilə birlikdə Ermənistanın strateji hədəflərinə zərbə vurma variantını ciddi şəkildə nəzərdən keçirir “Ermənistanın təhlükəsizliyi üçün məsuliyyət hiss edən Moskvanın bu cür zərbənin əleyhinə olmasına baxmayaraq, regional miqyasda Ankara və Bakının rolu xeyli artıb. Bu səbəbdən əgər İrəvan bir daha sərhəddə təxribat törədərsə, Ermənistan ərazisinə zərbə endirilən zaman çox güman ki, artıq Rusiya rəhbərliyinin razılığını alınmayacaq. Beləliklə, Bakı və Ankara bir daha Tovuz bölgəsində münaqişənin kəskinləşməsindən narahatlıq keçirsələr, heç bir şey onlara zərbə endirməyə mane ola bilməz. Üstəlik, bu cür zərbələrin hədəfləri çoxdan müəyyənləşdirilib”. D.Korkodinov qeyd edib ki, hazırda mövcud məlumatların təhlili əsasında Azərbaycan və Türkiyə Ermənistan ərazisində yerləşən 900-ə yaxın obyekti hədəfdə saxlayır. “Ermənistana hərbi zərbə endirmək vaxt məsələsi kimi görünür. Hər halda, Türkiyə bu layihənin bir hissəsi olacaq və şübhəsiz ki, türk xalqının parçası olan Azərbaycana dəstək verəcək. Mütəxəssislər bildirir ki, əməliyyatın aktiv fazası başlasa, Ermənistan dörd tərəfdən zərbələr alacaq və rəsmi İrəvanın belə bir zərbəyə dözüm göstərməsinə nə iqtisadi, nə də mənəvi imkanı olacaq”. ___________________________________________________________________________ ► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur ► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp) ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

Nə düşünürsən?