Polis əməkdaşları özünü dənizə atan qadını xilas etdilər

  • 26.08.2020
  • 0

Polis əməkdaşları özünü dənizə atan şəxsi xilas ediblər. Unikal.org xəbər verir ki, bu gün günorta saatlarında paytaxtın dənizkənarı parkında qadın özünü dənizə ataraq intihar etmək istəyib. Ərazidə xidmət aparan Bakı Metropoliteninin Polis şöbəsinin əməkdaşları, polis baş serjantları Qədir Səmədzadə və Alim Məmmədov dərhal dənizə atılaraq qadını xilas edərək aidiyyatı üzrə təhvil veriblər.

Nə düşünürsən?