Ermənistanın təxribatçı ssenariləri

  • 25.08.2020
  • 0

Elşad Mirbəşiroğlu: "Gədəbəydəki təxribat Tovuz hadisələrinin davamıdır" "Cəhbənin Goranboy rayonu istiqamətində Ermənistanın təxribatı Tovuz hadisələrinin davamı kimi qiymətləndirilməlidir." Bunu REAL-a politoloq, millət vəkili Elşad Mirbəşiroğu deyib. O qeyd edib ki, Tovuz təxribatında ermənistanın əsas məqsədlərindən biri beynəlxalq ictimaiyyətə Azərbaycanı aqressiv obrazda təqdim etmək idi ki, buna nail ola bilmədi Politoloq bir çox halda işğalçı Ermənistanın əməllərinə beynəlxalq siyasi,hüquqi qiymətin verilmədiyini xüsusi vurğulayib. Bu da münaqişənin dinc yolla həllində atılan addımların səmərəsiz olmasına gətirib çıxarır. Azərbaycan həyata keçirdiyi intensiv, uğurlu hücum diplomatiyası ilə münaqişə ilə bağlı həqiqətləri beynəlxaql ictimaiyyətin diqqətinə çatdırıb. Azərbaycanın formalaşdırdığı reallıq münaqişənin yanlız azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu bildirir. Bu gün Azərbaycan işğala məruz qalan tərəf kimi ədalətli mövqelərə malikdir, ermənistan isə, atdığı hər addımda təxribatçı və işğalçı tərəf olduğunu bir daha sübut edir

Nə düşünürsən?