“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirildi

  • 25.08.2020
  • 0

Avqustun 25-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında "Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər qonaqlar iştirak ediblər. Əvvəlcə qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını bildiriblər. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Z.Həsənov mərasim iştirakçılarını və qonaqları salamlayaraq, "Dəniz kuboku” beynəlxalq müsabiqəsini açıq elan edib. Rusiyanın Müdafiə naziri ordu generalı S.Şoyqu tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Nə düşünürsən?