Şirkət işçisi qarət edildi

  • 25.08.2020
  • 0

Abşeronda şirkətlərin birində kassir işləyən kişi qarət olunub. Xezerxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Rövşən Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib avtomobilindən içərisində 7 000 ABŞ dolları və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri 24 yaşlı Əmrah Həmzəyev, əmisi oğlu 21 yaşlı Sücəddin Həmzəyev saxlanıb. Onlar hadisəni qabaqcadan planlaşdırdıqlarını, hətta buna bir neçə dəfə cəhd etdiklərini bildiriblər. 3-cü cəhddə isə onlar çirkin əməllərini həyata keçiriblər. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyatla gecə saatlarında Rəhman Məmmədova məxsus avtomobili qaçıran Lənkəran şəhər sakini 30 yaşlı Mirhüseyn Ocaqov tutulub. Araşdırma zamanı məlum olub ki, o maşın ustasıdır. Masazır kəndində avtomobillərin təmiri sexlərinin birində çalışır. Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: