Güzdək-Qaradağ dəmir yolu xətti yenilənir

  • 25.08.2020
  • 0

Yolun yan yollarla birlikdə 80 km olması nəzərdə tutulur Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb “Azərbaycan Dəmir Yolları” QSC şimaldan cənuba, eləcə də əks istiqamətdə yüklərin Abşeron yarımadasına daxil olmadan birbaşa daşınmasını asanlaşdıran Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb. Layihəyə görə yolun ox üzrə uzunluğu 36 km, yan yollar ilə birlikdə 80 km olması nəzərdə tutulub. Qeyd edək ki,Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması ölkə üçün bir sıra iqtisadi faydalar verəcək. Belə ki, bu yol yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaətə, ən əsası şimal və cənubdan gələn yüklərin Abşeron yarımadasına daxil olmadan nəql edilməsinə şərait yaradacaq. Nəticədə bu layihə Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə böyük töhfə verəcəkdir. Bu da öz növbəsində Azərbaycanın tranzit ölkə qismində mövqeyini daha da gücləndirəcək. Yeni Güzdək-Qaradağ xəttinin istismarı Abşeron yarımadasında dəmir yolu şəbəkəsinin yüklülüyün azaldılmasına və Abşeron Dairəvi xətti üzrə sərnişin daşımalarının intensivliyinin artırılmasına da imkan yaradacaq. Həmçinin Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi regionda yeni iş yerlərinin açılmasına və infrastrukturun formalaşdırılmasına kömək edəcək.

Nə düşünürsən?